Dünya Gənc Türk Yazarlar Birliyi Fransada Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsinə qarşı

post-img

Görkəmli Azərbaycan şairi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-Le Ba şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı edilmiş nalayiq hərəkət vandalizm, ümumilikdə, mədəniyyət amilinə qarşı atılmış təhqiredici addımdır. 

“XQ” xəbər verir ki, bu fikirlər Fransada Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsinə dair Dünya Gənc Türk Yazarlar Birliyinin Bəyanatında yer alıb.

Bəyanatda bildirilib ki, Xurşidbanu Natəvan Azərbaycan tarixinin ən parlaq simalarından biridir. O yaşadığı dövrdə istər mədəniyyətə göstərdiyi xidmətlərə, istərsə də insanların gözəl yaşamı üçün gördüyü işlərə görə bu gün də minnətdarlıqla xatırlanır. 

“Xurşidbanu Natəvan şair və  xeyriyyəçi kimi parlaq fəaliyyəti ilə tarixləşib. Biz Dünya Gənc Türk Yazarlar Birliyinin Türk dünyasının müxtəlif ölkələrindən olan üzvləri olaraq Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilmiş bu hərəkəti qınayır və bu kimi addımların yolverilməz olduğunu bəyan edirik”, - deyə bəyanatda vurğulanır.

 

Bəyanatı aşağıda adları qeyd olunmuş şəxslər imzalayıblar: 

 

1. İntiqam Yaşar - Azərbaycan Respublikası

2. Özgür Bacaqsız - Türkiyə Respublikası 

3. Erkinbek Serikbay - Qazaxıstan Respublikası

4. Sayat Kamşiger - Qazaxıstan Respublikası 

5. Gülnaz Fayzulla- Qazaxıstan Respublikası 

6. Mehrinaz Abbas - Özbəkistan Respublikası 

7. Dilroba Norqulova -  Özbəkistan Respublikası

8. Rizkul İzzatova - Qırğız Respublikası 

9. Bekbolat Sarıbay - Qırğız Respublikası

10. Ayşən Rəhim - Azərbaycan Respublikası 

11. Ümid Nəccari - Güney Azərbaycan 

12. Ramin Cəbraili Yaşar - Güney Azərbaycan 

13. Rahmat Babacan - Özbəkistan Respublikası 

14. Ənvər Aykol - Türkiyə Respublikası

15. Dərya Akdemir - Türkiyə Respublikası 

16. Jamshid Nurqul - Özbəkistan Respublikası

17. Asliddin Yunusov – Özbəkistan Respublikası

 

Qeyd edək ki, bəyanat 10-a yaxın xarici dildə yayılıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət