ABŞ-da ölümsaçan soyuqlar…

post-img

ABŞ-da kəskin hava şəraiti son bir həftə ərzində, azı, 80 nəfərin ölümünə səbəb olub. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Bildirilir ki, Tennessidə 25, Oreqonda, ən azı, 16 nəfər, o cümlədən üç nəfər ağacın üzə­rinə aşdığı avtomobildə həlak olub. 

Soyuq, güclü külək, qar və buzlu hava sə­bəbindən ölüm halları İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da qeydə alınıb.

AYTƏN
XQ

Son xəbərlər