Bakı ŞİH 20 Yanvarla bağlı hazırlıqları başa çatdırıb

post-img

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən  verilən  məlumata  görə,  “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.

Məlumatda qeyd edilir ki, xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır. Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri başa çatıb.

BŞİH qurumlarının əməkdaşları yanvarın 20-də xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda, kommunal, təsərrüfat xidməti işçilərinin, təcili və təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər