Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına cavab olaraq, Azərbaycan və türk icmalarının üzvləri yanvarın 13-də Evianda etiraz aksiyası keçiriblər.
Aksiyada Xurşidbanu Natəvanın irsinin qorunmasına, Eviandakı “Azərbaycan bağı”nın adının bərpasına, ədəbiyyatda, eləcə də qadın azadlığında böyük rolu olan X.Natəvanın xatirəsini ehtiramla anmağa və onun irsinin qorunub saxlanması üçün həmrəyliyə çağırışlar edilib.
Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bən şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.
XQ