Türkoloq-publisistin yubiley məclisləri

post-img

Azərbaycan Mətbuat Şurasında və AYB-nin Natəvan klubunda Əməkdar jurnalist, yazıçı, tanınmış türkoloq, publisist Ramiz Əskərin 70 illik yubileyinə həsr olunmuş toplantılar keçirilib. 

Bakı Dövlət Universitetinin Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiz Əskər 94 kitabın, xeyli sayda tərcümə­nin müəllifidir, 80-ə yaxın beynəlxalq simpozium və konfransın iştirakçısı olub. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” orde­ninə, 2022-ci ildə Özbəkistanın “Dost­luq” ordeninə layiq görülüb.

Mətbuat Şurasında yubiley tədbiri­ni qurumun sədri Rəşad Məcid açaraq bildirib ki, Ramiz Əskər türk dünyasında tanınan söz adamı, elm xadimidir. Həm jurnalistikada, həm ədəbi yaradıcılıqda, həm də elmi müstəvidə geniş fəaliyyət diapazonu ilə seçilən, əsl ziyalı statusu daşıyan dəyərli simadır. MŞ sədri rəh­bərlik etdiyi qurumun diplomunu yubil­yara təqdim edib.

Toplantıda çıxış edənlərdən MŞ-ninAhıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər – Bəbir Hüseynov, Rəhim Hüseynzadə və Mədət Məmmədov, yazıçı-publisist Fazil Abbasov, “Kür” qəzetinin baş re­daktoru Əminə Yusifqızı, Şuranın icraçı katibi Əvəz Rüstəmov və başqaları Ra­miz Əskərin jurnalististik və elmi fəaliy­yətinin vətənpərvərlik örnəyi olduğunu vurğulayıblar. Çıxış edənlər, həmçinin, R.Əskərə qarşıdakı müddətdə də yara­dıcılıq şövqü və məhsuldarlığın dava­mını arzulayıblar.

Natəvan klubundakı tədbirdə də tanınmış alimlər, jurnalistlər, şair və yazıçılar iştirak edib, yubilyara xoş arzularını çatdırıblar. AYB-nin katibi, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli Ramiz Əskərin yaradıcılıq yolu barədə geniş söhbət açıb, onun tədqiqatçı kimi səmərəli fəaliyyətini diqqətə çatdırıb. 

AMEA Folklor İnstutunun bölmə rəhbəri Əli Şamil tələbəlik illəri ilə bağlı xatirələrini dilə gətirərək bildirib ki, zəh­mətkeş yazar və alim dostu o vaxtdan özünün istedad və qabiliyyətini göstə­rib. Filologiya elmləri doktoru, professor Firuzə Ağayeva, tarix üzrə fəlsəfə dok­toru, AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa, professor Sayalı Sa­dıqova, şairlər Adil Cəmil, İslam Sadıq, Əməkdar jurnalistlər Tahir Aydınoğlu və Fazil Güney, türkiyəli türkoloq Sey­fəddin Altaylı, qocaman jurnalist Əsgər Əsgərov yubilyarın şəxsi və yaradıcı keyfiyyətləri barədə danışıblar. Tanın­mış rəssam Nəvai Mətin çəkdiyi portreti Ramiz Əskərə hədiyyə edib.

Hər iki mərasimin sonunda çıxış edən Ramiz Əskər 70 illik yubileyinə, keçdiyi ömür yoluna yüksək dəyər verdikləri üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib. 

Ə.ƏLİYEV
XQ



Son xəbərlər