Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 12-də Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Laçın və digər rayonlardan olan vətəndaşlarla görüşüb.
Görüş zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb. Bu zaman müharibə veteranlarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib.
Bölgə sakinləri həsrətində olduqları öz doğma torpaqlarına qayıtmaq arzusunu reallaşdırdığına, onların qayğılarına hər zaman diqqət və həssaslıqla yanaşılmasına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə edib, yerlərdə səyyar qəbulların keçirilməsini məmnunluqla qarşılayıblar.
Səfər zamanı ədliyyə naziri yerli ədliyyə orqanlarına və məhkəməyə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
XQ