Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda sakinlərlə görüşüb.
Fuad Nəcəfli bildirib ki, ötən ilin əvvəllərindən başlayaraq keçirilən vətəndaş qəbullarının nəticəsi olaraq sakinləri narahat edən problemlər araşdırılıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ciillər üçün Dövlət Proqramı” bu problemlərin həllinə geniş imkanlar açıb. Ötən ili uğurla başa vuran Naxçıvanda, eləcə də Culfa rayonunda sözügedən dövlət proqramı əsasında bu ildən mühüm layihələr icra olunacaq. Səlahiyyətli nümayəndə qarşıdan gələn prezident seçkilərində fəal iştiraka dəvət edib, rayon sakinlərinə uğurlar arzulayıb.
Sonra görüşdə iştirak edən Culfa rayon sakinləri ilə fərdi söhbətlər aparılıb, onların problemləri və təklifləri dinlənilib. Müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub.
XQ