Komando bölmələrinin peşəkarlıq məşğələsi

post-img

Bu ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir.

Müdafiə Nazirliyinin mət­buat xidmətindən bildirilib ki, məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən ko­mandolar çətin relyefli ərazilər­də taktiki yerdəyişmə fəaliyyət­ləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləş­dirilməsi məqsədilə keçirilən tak­tiki-xüsusi məşğələlərdə koman­dolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdi­riblər.

XQ



Son xəbərlər