Ağır xəsarət almış iki nəfərdən biri ölüb

post-img

 Yanvarın 10-da saat 23 radələrində Mehdiabad qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Novruzov müəyyən olunaraq saxlanılıb. 

Yanvarın 11-də saat 21 radələrində isə Binəqədi qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən olunaraq saxlanılıb. 

Faktlatla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər