Sanitariya-gigiyena qaydalarını pozana inzibati tənbeh

post-img

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir. 

Paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Bülbülə qəsəbəsi ərazisində “Mercedes” markalı yük avtomobilindən müxtəlif çeşidli tullantıların boşaldılması aşkar olunub. 

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  Bu istiqamətdə tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər