Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizəd kimi qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərə­findən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyinin irəli sürül­məsi Azərbaycan Respublikası Mərkəzi Seç­ki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2023-cü il 21 dekabr ta­rixli 10/31 saylı Qərarı ilə təsdiq edilmişdir. 

Namizədin müdafiəsi üçün toplanmış se­çici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2024-cü il yan­varın 2-də partiyanın səlahiyyətli nümayən­dəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. 

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəl­ləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. 

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəl­ləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu, 60-cı, 181-ci və 182-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərə­findən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyev namizəd kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər