Ermənistanda bir gündə ikinci hərbçi öldürülüb

post-img

Ermənistan Silahlı Qüvvələrinin Basarkeçər rayonundakı postlarından birində hərbçinin meyiti tapılıb Meyiti tapılan şəxsin həmin hərbi hissədə xidmət edən leytenant Mikael Danielyan olduğu müəyyən edilib. Yol əlverişsiz olduğu üçün saat 11.30 radələrində tapılan meyiti yalnız axşam saatlarında xəstəxanaya çatdırmaq mümkün olub.

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında eyni rayonda postda xidmət aparan əsgər ona təhkim olunmuş silahdan atəş açaraq zabiti öldürüb.

Son xəbərlər