İraqa səfər edən Azərbaycan vətəndaşları vizanı sərhəd-keçid məntəqələrində ala biləcək

post-img

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilərlər.

Azərbaycanın İraqdakı səfirliyindən XQ-ə bildiriblər ki, bununla əlaqədar İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, İraqa səfər edən Azərbaycan vətəndaşları hava limanında viza alıb ölkəyə daxil ola bilərlər.

Son xəbərlər