Ulu öndər və milli həmrəylik ideyasının təntənəsi

post-img

Gürcüstanın Marneuli şəhərində “Heydər Əliyev İli”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan–Gürcüstan mədəni əlaqələri” adlı mərasim keçirilib.

“Türk Ağsaqqallar İctimai Birliyi” (TAİB) və Marneulidəki “Çay evi” Təhsil və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyi­nin dəstəyi ilə reallaşan tədbirdən öncə şəhərdəki Mədəniyyət Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən elektron fotosərgiyə baxış olub. 

Azərbaycanın Gürcüstandakı səfirliyi­nin müşaviri Eldar Bayramov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barə­də geniş məlumat verib. Vurğulayıb ki, müasir Azərbaycan və Gürcüstan dost­luğu və qardaşlığı da məhz Ümummilli liderin adı ilə bağlıdır. “Təhsil və İnkişaf Mərkəzi”nin direktoru Emin Əhmədov soydaşlarımızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Qonaqlar – “Türk Ağsaqqallar İcti­mai Birliyi"nin sədri, akademik Südeyf İmamverdiyev, Əməkdar jurnalisti Telli Pənahqızı, tarixçi alim, akademik Sabir Tağıyev Azərbaycan dövlətinin inkişafın­da və dünya ölkələri sırasında layiqli yer tutmasında Ümummilli liderin xüsusi xid­mətləri barədə danışıblar. Tədbir çərçivə­sində gürcü tarixçi alim, politoloq Quram Marxuliyaya Turan Elmlər Akademiyası­nın akademiki fəxri adı təqdim olunub. Gürcüstan Mədəniyyət Akademiyası İc­raiyyə Şurasının sədri, Gürcüstan Sosial Elmlər Akademiyasının akademiki Şota Maqlakelidze Ulu öndərlə bağlı xatirələ­rini bölüşüb. 

Tədbir bədii hissə ilə davam edib.

 

Nizami MƏMMƏDOV 

Gürcüstan, Marneuli

Son xəbərlər