Parlaq ömrün hekayələri

post-img

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sabirabad Rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Böyük azərbaycanlı” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə Mil-Muğan Regional Mə­dəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad Rayon İcra Hakimiyyəti baş­çısının 1-ci müavini Həsən Həsənov, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər. Çıxış edənlər kitabın ideya-bədii məziyyətlərindən söz açıblar. Bildirilib ki, Ulu öndərin parlaq ömrü və fəaliyyəti ilə bağlı hekayələr milli liderin parlaq obrazı­nı kiçikyaşlı oxuculara anlatmaqda dəyərli mənbədir. Mərasimdə məktəblilər ölməz rəhbərə həsr olunmuş müxtəlif şeirlər səsləndiriblər.

Sonda müəllif kitab üzərində yaradıcı­lıq işindən danışıb, yeni nəşrin nüsxələ­rini “Hophopnamə” Kitab Mərkəzinə və Sabirabad Rayon Mərkəzi Kitabxanasına təqdim edib.

XQ

Sosial həyat