Salyanın Xurşud kəndində cinayət

post-img

Dekabrın 26-da saat 19 radələrində Salyan rayonunun Xurşud kəndi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. 

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Səxavət Nuriyev müəyyən olunaraq saxlanılıb. 

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər