Silah-sursat təhvil verilib

post-img

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 202, o cümlədən borclu şəxs qismində axtarışda olan 167 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Dekabrın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd qumbara, 2 alışdırıcı, 2 patron darağı, 596 ədəd müxtəlif çaplı patron və 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı, 8 ədəd müxtəlif çaplı patron götürülüb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər