Şəhid ailələri və qazilərlə görüş

post-img

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli dünən Naxçıvanda yeni yaradılan “Naxçıvan Şəhid Ailələri” və “Naxçıvan Qaziləri” ictimai birliklərinin nümayəndələrini qəbul edib. 

Görüşdə Fuad Nəcəfli vurğulayıb ki, müzəffər Ali Baş Komandanımızın, qəh­rəman şəhid və qazilərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyü və suveren­liyi tam bərpa olunub. Dövlət Bayrağımız bütün bölgələrimizdə dalğalanır. Xalqımız gələcəyə böyük ümidlərlə baxır, fəxarətlə qurub yaradır. Naxçıvan da bu proseslər­dən kənarda qalmır və 2024-cü il muxtar respublikada quruculuq ili kimi yadda qa­lacaq. Qəhrəman şəhidlərimizin xatirəsi əbədiləşdirilir. Bu il Babəkdə Şəhidlər Me­morial Abidə Kompleksi istifadəyə verilib. 

Hazırda Şərurda və digər bölgələr­də də belə komplekslər tikilib istifadəyə veriləcək. Ötən dövrdə şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirildiyi­ni və bu tədbirlərin bundan sonra da da­vam etdiriləcəyini bildirən səlahiyyətli nü­mayəndə ictimai birliklərin yaradılmasını şəhid ailələri və qazilərin problemlərinin həlli, eləcə də müvafiq tədbirlərin təşkili məsələlərində səmərəliliyin artırılmasına töhfə kimi dəyərləndirib. 

Bildirib ki, hər iki birliyin fəaliyyəti üçün lazımi şərait yaradılıb və bu istiqamətdə işlər davam etdiriləcək. İctimai birliklərin nümayəndələri səmimi görüşə görə min­nətdarlıq edib, Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlətimizin qayğısını hər zaman üzərlərində hiss etdiklərini bildi­riblər.

XQ

Son xəbərlər