1250 ailəyə bayram hədiyyəsi

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət başçısı İlham Əliyevin ad günü, qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı, o cümlədən, şəhid və qazi ailələrinə sovqat çatdırıb.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində bildirib: “Nax­çıvan da daxil olmaqla respublikanın müxtlif bölgələrində ya­şayan 5 min 550 aztəminatlı ailəyə ərzaq yardımı göndərilib. Naxçıvanda isə 1250 ailəyə yardım çatdırılıb. Bu 5 ay ərzində Naxçıvanda 8 minə yaxın ailəyə yardım göstərilib. Biz çalışa­cağıq ki, mart ayında da Naxçıvanda aztəminatlı ailələr üçün yardım aksiyası keçirək”.

XQ

Son xəbərlər