Gəncədə külək fəsadlar törədib

post-img

Dünən axşam saatlarından başlayaraq, Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

Gəncənin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb, bir neçə yerdə ağac aşıb. 

Mərkəzi meydanda Yeni il bayramı ilə əlaqədar quraşdırılan şam ağacı aşıb. Xəsarət alan olmayıb. 

Qısa qapanma səbəbindən trans­formatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğın­söndürən maşınları cəlb olunub.

Hazırda küləkli hava şəraiti davam edir.

Son xəbərlər