İlk ilin hesabatı qürurvericidir

post-img

Qərbi Azərbaycan İcmasında təşkilatın 2023-cü ildə fəaliyyətinin qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, eləcə də 2024-cü ildə İcmanın qarşısında duran prioritetlərin müəyyən edilməsi ilə bağlı illik ümumi yığıncaq keçirilib.

İclası giriş sözü ilə açan İcmanın İdarə Heyətinin səd­ri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki, dövlətimizin başçısının tövsiyələri əsa­sında qısa zamanda İcmanın Qayıdış Konsepsiyası hazırla­naraq qəbul olunub. Soydaş­larımızın öz doğma torpaq­larına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ət­rafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması pro­sesi daha intensiv hal alıb. 

Ə.Ələkbərli qeyd edib ki, ilin əvvəlində Qayıdış Kon­sepsiyasının qəbulundan dər­hal sonra Ermənistandan qo­vulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaları məsələsinin beynəlxalq gün­dəliyə gətirilməsi istiqamətin­də sistemli fəaliyyətə başlanı­lıb. İcmanın 8 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. İcma qayıdış məsələsinə dair bey­nəlxalq təşkilatlarla dialoqa başlayıb və bu təşkilatlar çər­çivəsində rəsmi tədbirlərdə iştirak edib. Həmçinin xaricdə yaşayan Qərbi azərbaycan­lıların təşkilatlanması və on­lar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində əməli addımlar atılıb.

Diqqətə çatdırılıb ki, İcma ötən əsrdə dörd dəfə depor­tasiya olunan soydaşlarımızın və onların varislərinin öz doğ­ma torpaqlarına geri qayıdışı ilə bağlı fəaliyyətini qarşıdakı 2024-cü ildə də davam etdirə­cək, bu ədalətsizliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcək.

Ardınca Nəzarət-Təftiş Ko­missiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akade­mik Əhliman Əmiraslanov, Zi­yalılar Şurasının sədri, profes­sor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məm­mədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli təmsil etdikləri şuralar və birliyin illik hesabatını təqdim ediblər.

Sonda Qərbi Azərbaycan İcmasının saytının – “www.westaz.org”un təqdimatı olub.

XQ



Son xəbərlər