Bakıda və Sumqayıtda velosiped oğurlanıb

post-img

Nərimanov rayonu ərazisində evlərdən birinin girişindən 1400 manat dəyərində 2 ədəd velosipedin oğurlanması barədə polisə məlumat daxil olub. 

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü F.Hüseynov saxlanılıb.

Onun müxtəlif vaxtlarda həmin ünvandan 1500 manat dəyərində daha 2 velosiped oğurlaması da müəyyən olunub.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə  Ceyranbatan qəsəbəsi ərazisində həyətlərin birindən velosiped oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü S.Abdulhüseynov saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

XQ

Son xəbərlər