Qanunsuz saxlanılan silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Dekabrın 20-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd tapança, 5 ədəd qumbara,  3 patron darağı,  146 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər