“Beynəlxalq radio” və “CBC FM”ə yayım radiotezlikləri ayrıldı

post-img

Audiovizual Şuranın dekabrın 20-də keçirilən növbəti iclasında boş və istifadəyə yararlı radiotezliklərin ayrılması məsələsi müzakirə olunub.

Audiovizual Şuranın müvafiq qə­rarları ilə "Azərbaycan Beynəlxalq Radiosu"nun ümumölkə yayımının təmin edilməsi üçün "Bakı Teleqül­lə Kompleksi"ndən 92,5 MHs, "Şuşa" RTYS-dan 89,2 MHs, "Astara" RTYS-dan 95,2 MHs, "Yalama" (Xaçmaz ra­yonu) RTYS-dan 97,4 MHs, "Danaçı" (Zaqatala rayonu) RTYS-dan 98,0 MHs radiotezlikləri ümumölkə yerüstü ra­dio yayımçısı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, habelə "CBC FM"-in Qarabağda və Şərqi Zən­gəzurda yayımının genişləndirilməsi məqsədilə "Şahyeri" (Xocavənd rayo­nu) RTYS-dan 93,8 MHs radiotezliyi regional yerüstü radio yayımçısı "Cas­pian İnternational Broadcasting Com­pany" MMC-nin istifadəsinə ayrılıb.

XQ

Son xəbərlər