İcma Ermənistan diplomatına cavab verib

post-img

Ermənistanın xarici işlər nazirinin müavini Vaqan Kostanyanın növbəti anti-Azərbaycan açıqlaması bir daha onu göstərir ki, daşnak təfəkkürlü erməni diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivindən qətiyyən məmnun deyil və müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışırlar.

Bu barədə Qərbi Azərbaycan İcma­sının yaydığı bəyanatda bildirilib.

Erməni diplomatın Qarabağ ermə­nilərinin qayıdışı fikri ilə bağlı isə bildiri­rik ki, bu proses qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qa­yıdışı təmin edilməlidir.

Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin BBC-yə müsahibəsində iddia edib ki, Azərbaycan sülh sazişinin imzalanması üçün heç bir istək nüma­yiş etdirmir.

XQ

Son xəbərlər