Ankarada Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi qeyd edilib

post-img

Dekabrın 20-də Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Türkiyə Milli Kitabxanasında qeyd edilib.

Azərbaycan Milli Kitabxanasının di­rektoru Kərim Tahirov çıxışında kitabxa­nanın 100 illik yubileyinin qardaş ölkədə qeyd olunmasından məmnun olduğunu bildirib, iki ölkənin milli kitabxanaları ara­sında ortaq mədəniyyətimizin inkişafına dair bir sıra layihələrin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, ölkəmizin TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək Türkiyə Milli Kitabxanası ilə mütəmadi olaraq birgə keçirilən tədbir­lər, kitab təqdimatları haqqında danışıb və hər iki ölkənin kitabxanalarına gələ­cək fəaliyyətlərində uğurlar arzulayıblar.

XQ

Son xəbərlər