“Media savadlılığı” platformasının təqdimatı

post-img

Bakıda "Media savadlılığı" platformasının təqdimatı keçirilib.

Açılış nitqində ölkəmizdə həya­ta keçirilən media islahatlarının həm peşəkar mediaya dəstək, həm də sağ­lam media mühitini yaratmağa xidmət etdiyini deyən Medianın İnkişafı Agent­liyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin cari müddətə qədər gənclər üçün media savadlılığı mövzusunda bölgələrdə bir sıra maarifləndirici təd­birlər keçirdiyinə diqqət çəkib.

Xüsusi Rabitə və İnformasiya Təh­lükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev isə sosial şəbəkə va­hidlərinin artması fonunda mümkün ki­berhücumlar barəsində maarifləndirmə işlərinin vacibliyi barədə danışıb.

Sonra "Media savadlılığı"na dair platformanın təqdimatı olub.

Medianın İnkişafı Agentliyinin "Me­dia dəstək layihələri və strateji plan­laşdırma" şöbəsinin müdiri Ləman İsgəndərova veb-sayt platformasının ümumilikdə 5 bölmə və 10 altbölmədən ibarət olduğunu qeyd edib.

Təqdimatdan sonra Türkiyə Radio və Televiziya Ali Şurasının İnsan Re­sursları və Təhsil İdarəsi rəhbərinin müavini Feyza Gizlogider "İzədiklərimi­zin izi qalar" mövzusunda geniş müha­zirə ilə çıxış edib.

Konfrans panel sessiya ilə öz işini davam etdirib.

XQ

Son xəbərlər