Zakir Həsənov Laçında hərbçilərlə görüşüb

post-img

Dekabrın 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Müdafiə naziri şəxsi heyətin fərdi hazırlı­ğının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən və­zifələrin layiqincə yerinə yetirilməsinin vacibli­yini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.

Zakir Həsənov hərbi qulluqçuların sosi­al-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

XQ

Son xəbərlər