Baş nazir qardaş ölkənin vitse-prezidentini qəbul edib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhə­miyyəti qeyd edilib. Azərbaycan-Tür­kiyə strateji tərəfdaşlığının və müttəfiq­liyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdo­ğanın səyləri xüsusi vurğulanıb. İki qardaş ölkənin hər zaman bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib.

Xüsusilə 44 günlük Vətən mühari­bəsi zamanı göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş türk xalqına və rəhbərliyinə bir daha dərin təşəkkür ifa­də olunub. Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğu bildirilib.

Azərbaycan-Türkiyə sarsılmaz qar­daşlığının Kahramanmaraşda baş ver­miş dəhşətli zəlzələ zamanı da özünü göstərdiyi qeyd olunub. Bildirilib ki, bu gün Azərbaycan dağıdıcı zəlzələdən sonra bərpa-quruculuq işlərində də Türkiyənin yanındadır. Azərbaycan Türkiyədə zəlzələdən zərər çəkən böl­gələrin yenidən qurulmasına yardım üçün 100 milyon ABŞ dolları məbləğin­də vəsait ayırıb.

İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məm­nunluqla vurğulanıb. Bildirilib ki, ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25 faiz artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir – 33 faiz. Preferensial Ticarət Sazişi­nin ticarət dövriyyəsinin genişləndiril­məsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb. Mövcud geniş imkanlardan istifadə edilərək ticarətin həcminin daha da artırılacağına, iqtisadi əmək­daşlığın əhatə dairəsinin genişlən­diriləcəyinə əminlik ifadə olunub. Bu baxımdan Azərbaycan-Türkiyə Stra­teji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların ic­rasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Komissiyanın ötən ilin no­yabr ayında Bakıda keçirilmiş sonun­cu iclası zamanı imzalanmış Fəaliyyət Planının böyük hissəsi hökumətlərimi­zin birgə səyləri nəticəsində icra edilib. Tərəflər Hökumətlərarası Komissiya çərçivəsində yaxından işləməyə hazır olduqlarını ifadə ediblər.

İnvestisiya sahəsində əməkdaşlı­ğın yüksək dinamikası təqdir edilərək Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda ən böyük sərmayə­darlardan biri olduğu məmnunluqla qeyd edilib.

Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Ba­kı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və qlobal əhəmiyyət daşıdığı vurğulanıb.

Cənub Qaz Dəhlizinin strateji önəmi qeyd edilərək Azərbaycan ilə Türkiyə­nin bundan sonra da Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Vurğulanıb ki, İğdır-Naxçıvan tə­bii qaz boru kəmərinin tikintisi də enerji gündəliyimizdə duran aktual məsələlərdən biridir. Türkiyə Preziden­tinin cari ilin sentyabrında Naxçıvana səfəri zamanı dövlət başçıları tərəfin­dən təməli qoyulan bu layihənin də tez bir zamanda tamamlanacağına əminlik ifadə olunub.

Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35 faiz artığı bildirilib.

Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məc­rada həll olunduğu bildirilərək, Azər­baycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb.

Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niy­yət protokolunun önəmi vurğulanıb.

Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə müba­rizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.

Son dövrlərdə müşahidə edilən qlo­bal iqlim dəyişmələri fonunda dünyada su ehtiyatlarının artırılmasının və su­dan səmərəli istifadənin ciddi aktuallıq kəsb etdiyi diqqətə çatdırılıb.

Bütün ölkələr üçün olduğu kimi Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib. Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzə­sinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlı­ğın zərurəti xüsusi vurğulanıb.

Görüşdə Türkiyə şirkətlərinin hazır­da Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub.

Tərəflər, həmçinin Azərbaycan-Tür­kiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq do­ğuran digər sahələrdə genişləndirilmə­si ilə bağlı məsələləri müzakirə ediblər.

XQ

Son xəbərlər