Payızlıq əkin sahələrinin sığortalanması davam edir

post-img

Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması ilə bağlı müraciətlərin emal müddəti yanvarın 15-nə qədər uzadılıb.

Aqrar Sığorta Fondunun məluma­tına görə, əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sı­ğorta ilə bağlı SMS bildirişlər göndə­riləcək və onlar əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər. Yanvarın 15-nə qədər göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaş­dırılması Qaydası”nda dəyişiklik edil­məsi haqqında 1 sentyabr 2021-ci il tarixli fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq sahələrə əkin subsidi­yaları aqrar sığorta olunmaqla verilir. Aqrar Subsidiya Şurasının müəyyən etdiyi siyahıya əsasən, bu qayda ilə sığortalanmış buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə əkin subsidiyaları ödənilir.

Yeri gəlmişkən, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50-nin ödə­nişi dövlət tərəfindən həyata keçirilir.

XQ

İqtisadiyyat