Valyuta ehtiyatları 11 milyard dollara yaxınlaşıb

post-img

Mərkəzi Bankın valyuta ehtiyatları 20,3 faiz artaraq 10,8 milyard ABŞ dollarını keçib. Bu barədə Mərkəzi Bankın pul siyasəti ilə bağlı qərarında bildirilib. Xatırladaq ki, dekabr ayının 1-nə bankın valyuta ehtiyatları 10,6 milyard dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankı bu artı­mı ölkənin tədiyə balansının cari əmə­liyyatlar hesabında iri həcmli profisitlə tamamlanması ilə əsaslandırıb. Belə ki, təkcə ilin 9 ayında tədiyə balansında 6,7 milyard dollar profisit yaranıb.

XQ

İqtisadiyyat