Bazar coğrafiyamız 200 ölkəni əhatə edir

post-img

Xaricə 3 min 383 çeşiddə məhsul ixrac olunub

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 200 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.

Dövlət Gömrük Komitəsinin məlu­matına görə, hesabat dövründə xarici ticarət iştirakçılarının sayı 67 min 515 nəfər təşkil edib. Onların isə 57 min 264 nəfəri fiziki, 10 min 261 nəfəri isə hüquqi şəxslərdir. Xarici fəaliyyət işti­rakçısı qismində hüquqi şəxslərin 278-i dövlət, 9 min 973 nəfəri isə özəl sekto­run nümayəndələri olub.

Qeyd edək ki, bu ilin 11 ayında idxal əməliyyatlarının həcmi 15 milyard 812,6 milyon ABŞ dolları, ölkəyə gəti­rilən malların çeşidlərinin sayı isə 7 min 616 ədəd olub. Bununla yanaşı, hesa­bat dövründə 31 milyard 512,9 milyon dollarlıq 3 min 383 çeşiddə məhsul ix­rac olunub. 

XQ

İqtisadiyyat