Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 8 dekabr 2023-cü il tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkiləri 2024-cü il fev­ralın 7-nə təyin edilmişdir.

Bununla əlaqədar işğaldan azad edilmiş ərazilərdə məskunlaşan və uzunmüddətli tikinti-quruculuq işlərin­də çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının qanunvericiliyin tələbinə əsasən təmin edilməsi, habelə Azər­baycan Respublikası Seçki Məcəllə­sinin (bundan sonra – Seçki Məcəl­ləsi) 35.3-cü maddəsinin tələblərinin ödənilməsi məqsədilə müvafiq seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən yeni seçki məntəqələrinin yaradılması zərurəti yaranmışdır.

Seçki Məcəlləsinin tələblərinə uy­ğun olaraq 1 saylı Şərur – Sədərək, 2 saylı Şərur – Kəngərli, 3 saylı Babək – Şahbuz – Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək – Naxçıvan – Cul­fa, 47 saylı Sumqayıt – Abşeron – Qa­radağ, 75 saylı Yardımlı – Masallı, 84 saylı Füzuli, 97 saylı Tərtər – Naftalan – Goranboy, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl – Qubadlı, 121 say­lı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd və 125 saylı Zəngi­lan – Qubadlı seçki dairələrinin hüdud­ları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissi­yalarının təşkili müvafiq seçki dairələri­nin dairə seçki komissiyalarına həvalə edilməlidir. 

Qeyd edilənlərə əsasən Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 1 saylı Şərur – Sədərək, 2 saylı Şərur – Kəngərli, 3 saylı Babək – Şah­buz – Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək – Naxçıvan – Culfa, 47 saylı Sumqayıt – Abşeron – Qaradağ, 75 saylı Yardımlı – Masallı, 84 saylı Füzuli, 97 saylı Tərtər – Naftalan – Go­ranboy, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl – Qubadlı, 121 saylı La­çın, 122 saylı Xankəndi, 123 saylı Kəl­bəcər, 124 saylı Şuşa – Ağdam – Xo­calı – Xocavənd və 125 saylı Zəngilan – Qubadlı seçki dairələrinin hüdudları daxilində Seçki Məcəlləsində nəzərdə tutulan müddətlərə dair tələblərə riayət edilməklə yeni seçki məntəqələrinin yaradılması və həmin seçki məntəqələ­ri üzrə məntəqə seçki komissiyalarının təşkili müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər