Akademik İsa Həbibbəyli Daşkənddə

post-img

Dekabrın 12-də Daşkənddə Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilib. Tədbirlərdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də iştirak edir.

Açılış mərasimində AMEA-nın pre­zidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi elm sahəsində də əlaqələrin daim in­kişaf etdiyini bildirib. Ölkələrimizin Elmlər akademiyalarının qarşılıqlı elmi əlaqələrindən danışan akademik İsa Həbibbəyli son illərdə elmi-mədəni əməkdaşlığın bütün istiqamətlərdə yüksək templə inkişaf etdirildiyini qeyd edib. Təkcə Azərbaycanla Öz­bəkistan deyil, ümumiyyətlə Türk dünyasının bütün ölkələrinin elmi qurumları arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb və özbəkistanlı həmkarla­rını təbrik edib.

***

Akademik İsa Həbibbəyli 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günündə Daşkəndəki Heydər Əliyev park-meydanında Ulu öndərin büstünü ziyarət edib. 

XQ

Son xəbərlər