DTX kollektivi Ulu öndərin məzarını ziyarət edib

post-img

DTX əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət etmişlər. Bu barədə XQ-yə DTX mətbuat xidmətindən məlumat verilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və DTX-nın şəxsi heyəti Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əkil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri dü­zülmüşdür. 

XQ

Son xəbərlər