Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri nazirlərinin görüşündə

post-img

Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Xarici işlər naziri Ceyhun Bayramov tədbir zamanı çıxışında görüşün ŞT çərçivəsində əməkdaşlığın nəzərdən keçirilməsi, habelə növbəti addımlar baxımından mühüm fürsət olduğunu diqqətə çatdırıb.

Şərq Tərəfdaşlığı prioritetlərinin regionun reallıqlarına, habelə davam edən regional təşəbbüslərə uyğunluğu­nun vacib olduğunu bildirən nazir Cey­hun Bayramov bu platformanın düzgün yanaşma və mövcud regional inkişaf tendensiyalarına uyğunlaşma yolu ilə Aİ-nin regionla əməkdaşlığına müsbət töhfə verə biləcəyinə inamını ifadə edib.

Bir-birinin suverenliyi və ərazi bütöv­lüyünün qarşılıqlı tanınması və hörmət edilməsinin Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan ye­ganə yol olduğu vurğulanıb.

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərə nail olmadığı, əksinə Azərbaycan əleyhinə təbliğat va­sitəsi kimi geniş şəkildə istifadə olundu­ğu, Ermənistanı, o cümlədən Aİ vasitə­silə silahlandırmaq kimi daha sabitliyi pozan təşəbbüslərinin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarına və ümumiyyət­lə, Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə xələl gətirdiyi bildirilib. 

***

Xarici işlər naziri Ceyhun Bayra­mov Brüsseldə Avropa İttifaqının xa­rici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/ Aİ Komissiya­sının vitse-prezidenti Cozef Borrell ilə görüşüb. 

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlə­rinin iki ölkə arasında normallaşma pro­sesinə müsbət təsiri qeyd edilib. 

***

Xarici işlər naziri Ceyhun Bayra­mov Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.

Görüş zamanı ikitərəfli münasibət­lərin gündəliyində duran məsələlər və cari regional vəziyyət ətrafında fikir mü­badiləsi aparılıb. 

XQ

Son xəbərlər