2024-cü ildə GUAM-a sədrliyi Azərbaycan edəcək

post-img

Dekabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində GUAM xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.

Tədbirdə çıxış edən Ceyhun Bayra­mov dünyada, o cümlədən GUAM regio­nunda mövcud təhlükəsizlik problemləri fonunda, Təşkilatın dayanıqlı sülh qurucu­luğu və inkişaf istiqamətində mühüm plat­forma rolu oynaya biləcəyini vurğulayıb, bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyini diqqətə çatdırıb. 

Nazir Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. 2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədr­lik edəcəyini diqqətə çatdıran Ceyhun Bayramov, ölkəmizin sədrliyi dövründə Təşkilat çərçivəsində siyasi, təhlükəsiz­lik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təş­viqi istiqamətində səylərini əsirgəməyəcə­yini qeyd edib. 

Xüsusilə region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialın­dan istifadə olunmasının, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irə­lilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacib­liyi vurğulanıb.

Növbəti ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasına Tərəf Dövlətlərin 29-cu Konfran­sına (COP29) ev sahibliyi edəcəyi, bu is­tiqamətdə COP29 çərçivəsində GUAM-ın tədbirinin də təşkil olunmasının nəzərdə tutulduğu bildirilib.

Görüş zamanı, həmçinin 2024-cü il üçün GUAM-ın sədrliyinin Azərbaycana keçməsi, GUAM-ın 2024-cü il üzrə büdcə­si və digər məsələlər üzrə qərarlar təsdiq olunub.

XQ

Son xəbərlər