Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

post-img

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Ad­ministrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanları­nın əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümum­milli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələ­ri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu öndərin xatirə­sinə dərin ehtiramlarını bildiriblər.

Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zə­rifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Son xəbərlər