"Heydər Əliyev və Azərbaycan gəncliyi"

post-img

GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirələri ehtiramla anılıb.

Tədbirdə natiqlər tərəfindən gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin olduğu və dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğu diqqətə çatdırılıb.

Sonda Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.





Sosial həyat