FHN: Səbail rayonunun Xəqani küçəsində obyektdə yanğın baş verib

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Xəqani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər