Üç il ərzində "YAŞAT" Fonduna kredit və borc öhdəliklərinin qarşılanması ilə əlaqədar 2 min 300 müraciət daxil olub

post-img

Bu il "YAŞAT" Fondu tərəfindən istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması istiqamətində 59 müraciət üzrə 129 min 445 manat 61 qəpik vəsait xərclənib.

Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 3 illik hesabat tədbirində deyib.

E.Hüseynov bildirib ki, müraciət edənlərdən 13 nəfəri şəhid ailəsi üzvü, 46-sı yaralıdır. Ümumilikdə üç il ərzində bu fəaliyyət istiqaməti üzrə 2 min 300 müraciət qeydə alınıb, 7 milyon 11 min 408 manat 82 qəpik vəsait xərclənib.

Sosial həyat