Türkiyə–Azərbaycan hərbi təhsil əlaqələri
Bakıda keçirilən 15-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Türkiyəli nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Görüşdə hər iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.
İran HDQ-nin nümayəndə heyəti Ali Hərbi Məktəbdə
Ölkəmizdə səfərdə olan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Ali Hərbi Məktəbi və Azərbaycan HDQ-nin "N" saylı hərbi hissəsini ziyarət edib.
Qonaqlara Ali Hərbi Məktəbin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verilib.
XQ

