Dekabrın 7-də Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən, demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb.
Sonra Milli Məclisin deputatları Cavanşir Feyziyev, Arzu Nağıyev, İqbal Məmmədov, Vüqar İsgəndərov və Jalə Əhmədova xüsusi məruzələrlə çıxış ediblər. Xalq şairi Vahid Əziz Ulu öndərlə bağlı xatirələrini bölüşüb.
XQ

