Kəlbəcər istiqamətində tutulmuş erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
XQ

