Pirallahıda yeni dərman zavodu yaradılır

post-img

Dekabrın 7-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Gen Pharma Ca­ucasus Manufacturing Operations” şirkətinin rəhbəri Abidin Gülmüş, eləcə də rəsmi şəxslər iştirak ediblər. Qeyd olunub ki, 2023-cü il iyulun 31-də Azərbaycan İnvestisiya Şirkəti, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb. 

Ötən müddətdə görülən işlərin nəticəsi olaraq 7,8 hektar ərazidə təməli qoyulan müəssisədə gələcəkdə Türkiyənin qabaqcıl texnologi­yalarının tətbiqi ilə yüksək keyfiyyətli 42 adda müxtəlif doza və qab­laşdırmada dərman məhsulları istehsal olunacaq. İnvestisiya dəyəri 59,3 milyon manat təşkil edən müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. 

Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçı­lıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.

XQ

Son xəbərlər