Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

post-img

Dekabrın  5-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə metro stansiyasında bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü V.Qasımlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

XQ

Son xəbərlər