Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü

post-img

Dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov belə görüşlərin keçirilməsinin Xəzər regio­nunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Hazırkı beynəlxalq münasibətlər sis­temində mövcud vəziyyətin beynəlxalq hüquq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədləri­nin toxunulmazlığı prinsiplərinə hörmətin əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edən nazir Xəzər regionu çərçivəsində də sözügedən prinsiplərin, habelə bey­nəlxalq hüquqda mövcud təcrübələrin rəhbər tutulmasının vacibliyini vurğulayıb. 

Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə is­tifadə üçün Xəzəryanı dövlətlər arasın­da mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Kon­vensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd olunub.

Karbohidrogen ehtiyatları ilə zəngin olması ilə yanaşı, mühüm geostrateji mövqe tutan Xəzər dənizi hövzəsində yer­ləşən dövlətlər arasında bir sıra sahələr, o cümlədən, iqtisadi, ticarət, investisiya­lar, alternativ enerji və digər istiqamətlər üzrə geniş potensialın mövcud olduğu, bu potensialdan istifadənin öz növbəsində re­gionda nəqliyyat və kommunikasiyaların, infrastruktur və texnologiyaların inkişafına da töhfə verə biləcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadənin, o cümlədən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inki­şafına da töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan birinin Xəzərin dayazlaşması və bunun nəticəsində ya­ranan ekoloji problemlərin olduğu, bu is­tiqamətdə Prezident İlham Əliyevin aidiy­yəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili is­tiqamətində işlər aparıldığı bildirilib.

Tədbirin sonunda müzakirə edilmiş məsələlərin yer aldığı bəyanat qəbul olu­nub.

Son xəbərlər