Dekabrın 4-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını vurğulayaraq YAP-AK Parti işbirliyinin önəminə diqqəti cəlb edib.
Zafer Sırakaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və bütün dünyaya nümunə olduğunu vurğulayıb.
XQ

