XİN Ermənistan tərəfinin yalanını qətiyyətlə rədd edib

post-img

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 2023-cü il 4 dekabr tarixli açıqlamasını qətiyyətlə rədd edirik. Bu fikirlər XİN şərhində yer alıb. 

Bildirilib ki, Azərbaycan Müdafiə Na­zirliyi qeyd edilən dezinformasiya xa­rakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

“Ermənistan tərəfinin bu yalan açıq­laması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yu­badan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. 

Ermənistan tərəfi bu kimi açıqla­malarla, həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü döv­lətlərin diqqətini cəlb etmək məqsədi güdür.

Azərbaycan öz tərəfindən postmü­naqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu pro­sesə qarşı yönələn hər hansı addım­ların qarşısını qətiyyətlə alacaqdır”, – deyə Azərbaycan XİN-in şərhində vurğulanıb. 

XQ

Son xəbərlər