“İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində”

post-img

Gürcüstanın Qardabani rayonunda Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib. Tədbir çərçivəsində, həmçinin Ulu öndərə həsr olunmuş fotosərgi açılıb.

Kitabın müəllifləri akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Natəvan Cəfərova və elmi işçi Kamran Ramazanlıdır.

Kamran Ramazanlı bildirib ki, kitabı ərsəyə gətirməkdə əsas məqsəd Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Gür­cüstan siyasətini, eləcə də dövlətimizin başçısının enerji siyasətini təhlil etmək və oxuculara bu barədə ətraflı məlumat verməkdir.

Qeyd edək ki, kitab Azərbaycan və gürcü dillərində nəşr edilib.

XQ

Son xəbərlər